13 Dekabr 2017 19:11
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunun Azadlıq prospektində Pərviz Hacıməmmədov bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Üzərində cərrahiyyə əməliyyatı aparılan Pərviz Hacıməmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Pərviz Hacıməmmədovu tanışı Mirheydər Qasımov bıçaqlayıb. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov