13 Dekabr 2017 22:57
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda kafelərdən birində dava olub.

Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsindəki kafelərdən birində işləyən 39 yaşlı Sahilə İsmayılova digər iş yoladşı Aysun və Jalə ilə mübahisə edib.

Onların arasında mübahisə müştəridən alınan pul üstündə yaranıb. Sahilə İsmayılova iş yoldaşları – Aysun və Jaləyə qarşı təhqiredici ifadələr işlədib.

Aysun və Jalə birləşərək Sahilə İsmayılovanı döyüblər, sonra da saçını yolublar.

Baş vermiş hadisə ilə bağlı Sahilə İsmayılova 6-cı polis bölməsinə müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov