14 Dekabr 2017 09:58
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı Biznes və Kooperasiya Kollecinin həyətində 2000-ci il təvəllüdlü Ayxan Cəfərli bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Ayxan Cəfərli həmin kollecin tələbəsidir. O, kollecin həyətində tələbə yoldaşı ilə əlbəyaxa dava edib. Bu zaman tələbə yoldaşı Ayxan Cəfərlini bıçaqlayıb.

Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları məlumatlandırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov