17 Dekabr 2017 22:00
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib.

Polis əməkdaşları tərəfindən evdə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov