17 Dekabr 2017 16:35
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, “MTS” yaşayış massivinin Y.Qaqarin küçəsində yaşayan 27 yaşlı Ziyad Zeynalov atası Babaş Zeynalov tərəfindən bıçaqlanıb.

Ziyad Zeynalov Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım gösərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisənin içki süfrəsi arxasında tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Ata və oğul arasında yaranan mübahisə qanlı cinayətlə nəticələnib.

Cinayəti törədən Babaş Zeynalov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov