18 Dekabr 2017 12:00
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsdə olan “Nida” gənclər təşkilatının üzvü Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir i, bu gün Yasamal Rayon Məhkəməsində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyasın da 10 illik cəzası daha 3 ay artırılıb.

Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qiays İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ay Qiyas İbrahimov və atası Həsən İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov