18 Dekabr 2017 12:46
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Cəbrayıl Mustafayev son söz deyib.

O, bildirib ki, cinayəti törətmək niyyəti olmayıb. Onun sözlərinə görə, ona qarşı qurulan ittiham böhtandır: “Allaha, Qurana and verirəm ki, mənim bu cinayəti qəsdən törətmək niyyətim olmayıb. Hər şey bir anda baş verdi”.

Təqsirləndirilən şəxs son söz deyəndən sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakim heyəti Cəbrayıl Mustafayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

İttihama görə, Səbail rayonunda Cəbrayıl Mustafayev əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü Raziyyə Verdiyevanı bıçaqlayıb.

Raziyyə ilə Cəbrayılnın qeyri-rəsmi münasibətlərindən azyaşlı övladları var. Uzun müddət Raziyyə övladını Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.

Zərərçəkmiş şəxs Bakıda fəaliyyət göstərən barların birində çalışıb.

Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.


Müəllif: Hacı Zeynalov