3 Avqust 2014 00:05
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 66 yaşlı kişinin meyiti mənzilində tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə binanın damından enərək pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilərkən döşəmədə yıxılmış vəziyyətdə aşkarlanmış 1948-ci il təvəllüdlü Hüseynov Əli Hüseyin oğlu hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı M.Hüseynovun vəfat etdiyi müəyyən edilib.


Müəllif: