3 Avqust 2014 11:46
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda yüksək dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax rayonu, İlisu kəndi ilisu şəlaləsində 2 azyaşlı dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əslən Laçın rayonundan olan məcburi köçkün, Bərdə rayonunda məskunlaşan 1992-ci il təvəllüdlü İnşallah Fətullah oğlu Şahverdiyev və Laçın rayonundan olan məcburi köçkün, Qax rayonunda məskunlaşan 1995-ci il təvəllüdlü Tehran Əli oğlu Ağalarov İlisu kəndi ərazisində dağlıq ərazidə yerləşən şəlalənin yanından yüksəkliyə qalxıblar. Hava qaraldığından onlar dağdan düşə bilməyiblər. Yanğınsöndürən-Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 2 azyaşlıya müvafiq köməklik göstərərək dağdan endirib.

Əməliyyat saat 04:15-də başa çatıb.


Müəllif: