3 Avqust 2014 17:59
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda meşə zolağı yanır.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 5 km aralı) dağlıq meşə zolağında yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilmişdir.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.


Müəllif: