4 Avqust 2014 16:28
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilən Ağdam şəhər sakini Qafur Bağırov tanınmış seyid Seyid Lazım Ağanın nəvəsi kimi təqdim edib.

Teleqraf.com xəbər verir ki, redaksiyamızla əlaqə saxlayan Seyid Lazım Ağanın övladları məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. Araşdırmalar zamanı Qafur Bağırovun həqiqətəndə Seyid Lazım Ağanın nəvəsi deyil. Onun seyid ailəsinə heç bir adiyyatı yoxdur. Qafur Bağırovun yalan ifadə verməsi nəticəsində saytımızda belə bir məlumat gedib. Qafur Bağırov həqiqətən Seyid Lazım Ağanın nəvəsi deyil. Buna görə də Seyid Lazım Ağadan, onun ailəsindən və yaxınlarından üzr istəyirik.

Qeyd edək ki, Qafur Bağırov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları məlum olub.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qadın var.

Hacı Zeynalov


Müəllif: