11 Yanvar 19:58
99

Gəncənin Nizami rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub.

Teleqraf.com xəbər verir ki, Tural Tahirovun ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlaması müəyyən edilib.

Bundan başqa, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirlərilə yanvarın 5-də Gəncə şəhər sakini İlkin Bağırovun “VAZ-21011” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Babayev tutulub.


Müəllif: Hacı Zeynalov