12 Yanvar 2018 22:36
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində VAZ-21074 markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılib və rayon polis şöbəsinə gətirilib.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişinin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib.

Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, Altay Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkar edilib.

Ekspertizaya təqdim olunan narkovasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Saxlanılan şəxslər maddi sübutla birgə istintaqa təhvil veriliblər.


Müəllif: Hacı Zeynalov