14 Yanvar 2018 18:59
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 280ABŞ dolları və 40 avro, habelə qızıl əşyalar oğurlanması barədə 16-cı polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərman Axundov saxlanılıb.

Istintaq araşdırması zamanı məlum olub ki, Fərman Axundov əvvəllərdə məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov