14 Yanvar 15:45

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən mobil telefon və qızıl əşyalar oğurlanması barədə 36-cı polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Kərimov və Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənbəyli saxlanılıblar.


Müəllif: Hacı Zeynalov
Загрузка...