15 Yanvar 2018 12:32
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən İlham İsgəndərov və Orxan Şaldıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxslərin hər birinin 4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin ləğvini və onların məhkəmə zalından həbs edilmələrini tələb edib.

İttihama görə, İlham İsgəndərov və Orxan Şaldıyev Elnur Məmmədovun oğlunu Dövlət Yol Polisinə işə düzəltmək adı ilə aldadıblar. Ondan 26 min manat alaraq ələ keçiriblər.


Müəllif: Hacı Zeynalov