15 Yanvar 2018 20:37
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Xudu Muxtarlı küçəsində 1970-ci il təvəllüdlü Şahin İsgəndərov bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şahin İsgəndərov yanvarın 14-də axşam saatlarında yaşadığı binanın həyətində avtomobilini saxlayarkən qonşusu Vidadi Rzayevlə mübahisə edib. Onların mübahisəsi dayanacaq üstündə olub.

Vidadi Rzayev Şahin İsgəndərova 9 bıçaq zərbəsi vurub və daha sonra hadisə yerindən qaçıb. Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Vidadi Rzayev həbs edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov