5 Avqust 2014 10:07
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Tanrıqulular kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Cavid Tağıyev bıçaqlanıb. O, ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirililib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onun həmkəndlisi Ələkbər Quliyev tutulub. O, törətdiyi cinayəti etiraf edib və hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: