17 Yanvar 2018 14:43
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərinin ölümünə görə təqsirləndirilən Gülər Mirzəyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı apelyasiya protesti verib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Gülər Mirzəyeva 2016-cı il noyabrın 7-də Maştağa qəsəbəsində həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə mübahisə edib. Mübahisə zamanı qadın ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra Gülər Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gülər Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur. Məlum olub ki, ali təhsilli olan Gülər Mirzəyeva Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Zərərçəkmiş tərəfin iddiasına görə isə Gülər Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqsirləndirilən qadının atası və qardaşı da günahlamdırılır.

Mərhum Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.

Vəkil Bəxtiyar Hacıyev əvvəlki prosesdə vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib, işin istintaqa qaytarılmasını istəyib. Amma vəsatət təmin edilməyib.

Gülər Mirzəyeva bir körpə uşaq anasıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Gülər Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən prokuror apelyasiya protesti verərək, Gülər Mirzəyevanın cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin eyni tələblə zərərçəkmiş tərəfdə apelyasiya şikayəti veriblər.

Məhkəmə baxışı yanvarən 30-da davam edəcək.


Müəllif: Hacı Zeynalov