17 Yanvar 2018 23:11
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Baş idarə və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat nəticəsində rayon ərazisindəki qəbiristanlıqda xüsusi üsulla torpağa basdırılmaqla gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə TT markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon polis İdarəsinin 24-cü Polis bölməsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov