5 Avqust 2014 10:39

Bakının Xəzər rayonunda çimərliklərdən birində oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi Mərdəkan çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Samir İsmayılovun çantasından 20 manat və 2 ədəd mobil telefon oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağcəbədi rayon sakini, 1994-cü il təvəllüdlü Aydın Osmanov tutulub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...