19 Yanvar 2018 22:39
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu ərazisində cibgirliklə məşğul olanlar saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan bu il yanvarın 16-dək Bakı şəhər sakini olan 5 qadının cibindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sakit Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov