21 Yanvar 2018 12:05
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Cavanşir körpüsünün altında 1991-ci il təvəllüdlü Nicat Əkbərov naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs Nicat Əkbərovu bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov