21 Yanvar 2018 16:37
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada 1982-ci il təvəllüdlü Ulduz Vəliyeva yaşadığı ünvanda vəhişəcəsinə döyülərək bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlumata görə, Ulduz Vəliyeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov