22 Yanvar 2018 23:48
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Məhərrəm Quliyev həmyerlisi Fidar Məmmədov ilə mübahisə edib.

Mübahisə nəticəsində Məhərrəm Quliyev Fidar Məmmədova 17 bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəm Quliyev saxlanılıb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinaytət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov