22 Yanvar 2018 18:57
6 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətl qisqanclıq zəminində törədilib.

Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.

10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov