22 Yanvar 2018 19:35
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda dələduz həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefonlarını aldığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib.

Baxış zamanı ondan 1,602 qram narkotik vasitə olan heroin də aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov