22 Yanvar 2018 20:22
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat daxil olub.

​Araşdırmalardan məlum olub ki, həmin qadın Bakı şəhər sakini Firəngiz Heydərovadır. Həmin gün yaşadığı evin girişində naməlum şəxs onun başına küt alətlə xəsarət yetirib, içərisində 2 mobil telefonu olan çantasını alıb.

​Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə polis şöbəsi, 24-cü polis bölməsi, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədov olduğu müəyyən edilib.

​Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov