5 Avqust 2014 12:49
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qobu qəsəbəsinin ərazisində qeydə alınıb.

Qəsəbə sakinləri Xanlar Nağıyevin idarə etdiyi “Ford-Transit” və Rafiq Rəhimovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillər tuqquşub. R.Rəhimov və sərnişini, həmyerlisi Aytac Əsgərova xəstəxanaya yerləşdiriliblər. R.Rəhimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: