23 Yanvar 2018 13:06
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesdə Aygün Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyini elan edilib.

Daha sonra prosesdə tərəflərin anket məlumatlar dəqiqləşdirilib. Məhkəmənin növbəti vaxt yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Aygün Bəylər ARB televiziyasında Röya Ayxanın şərəf və ləyaqətini təhqir edib. Röya Ayxan iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməyi tələb edib.

Aygün Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.


Müəllif: Hacı Zeynalov