24 Yanvar 2018 00:37
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda taksi sürücüsü quldurluqla üzləşib.

Teleqraf.com xəbər verir ki, gecə saatlarında 1983-cü il təvəllüdlü Mürsəl Abbasov Z.Əhmədbəyov küçəsində yerləşən “Tac” mağazasının qarşısında “Mersedes Benz” markalı avtomaşınla taksi fəaliyyəti göstərən 1986-cı il təvəllüdlü Vüsal Baxışovu hədələyib və onu Biləcəri qəsəbəsinə aparmasını tələb edib.

Həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevikliyi nəticəsində Mürsəl Abbasov saxlanılaraq ərazi üzrə 27-ci polis bölməsinə təhvil verilib.

Bölmədə Mürsəl Abbasovun üzərində 1 ədəd Tayvan istehsalı olan “KMİ-70” markalı travmatik tapança tutulub.

İstintaq araşdırması zamanı Mürsəl Abbasovun əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunduğu da üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov