24 Yanvar 2018 01:12
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 1800 manat, 3000 ABŞ dolları, habelə 700 manat dəyərində qızıl əşyalar oğurlanıb.

29-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Rəşad Əhmədov saxlanılıb.

İstintaq araşdırması zamanı Rəşad Əhmədovun əvvəllər məhkum olunduğu üzə çıxıb.


Müəllif: Hacı Zeynalov