24 Yanvar 2018 15:15
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində gecə klubunda qanlı cinayət törədənlər həbs edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisindən 3 nəfərin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nizami (Gəncə) rayon Polis İdarəsinə məlumat daxil olub.

Araşdırmalarla kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərin Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov olduqları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda tutulublar

Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, “X-Club” adlanan məkanda baş vermiş kütləvi davada 3 nəfər Şəmkir rayon sakini - 1996-cı il təvəllüdlü Orxan Rzazadə, 1993-cü il təvəllüdlü Orxan Rüstəmov və 1994-cu il təvəllüdlü Orxan Məmmmədov bıçaqlanıb.

Onlardan Orxan Məmmədovun vəziyyəti kafi, digərlərinin isə ağırdır.

Əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.


Müəllif: Hacı Zeynalov