6 Avqust 2014 11:15
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Nəsrəddin Tusi küçəsində baş verib. Hadisə nəticəsində Azər Cəfərov, Aslan Cəfərov və Telman Nuriyevlə Cavidan Qorçuyev mübahisə edib. Gənclərin mübahisəsi sonda qanlı olayla nəticələnib.

Cavidan Qorçuyev Azər Cəfərov, Aslan Cəfərov və Telman Nuriyevi bıçaqlayıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs həbs edilib.

Cinayəti törədən şəxsin peşəkar idmançı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: