6 Avqust 2014 12:26

Şamaxı və Qazax sakinlərindən silah-sursat götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şamaxı rayon sakini Novruz Şahməmmədov “Kartal-2003-Light” markalı qaz tapançasını, 1 ədəd patron darağını, 57 ədəd qaz patronunu və 9 ədəd 9x18 kalibrli patronları könüllü olaraq təhvil verib.

Qazax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağköynək kəndinin ərazisindən 1 ədəd “TOZ 63” markalı, 1 ədəd nömrəsiz “TOZ-8” markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...