6 Avqust 2014 12:58
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda xuliqanlıq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, Bakı şəhər sakini Elxan Qəhrəmanı küçənin ortasında vəhşicəsinə döyülüb. O, kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstəriblər. Onun vəziyyətinin ağır olduğu bildirilir.

19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Qəhrəmanı döyən şəxs müəyyən olunub. Bu, Bakı şəhər sakini Həsən Atabala oğludur.

İlkin istintaqa ifadə verən Həsən Atabala oğlu törətdiyi cinayəti etiraf edib. O, şəxsi münasibətlər zəminində Elxan Qəhrəmanı döydüyünü deyib. Saxlanılan şəxs zərərçəkmişlə hansı səbəbdən mübahisə etməsinin səbəbini açıqlamayıb. Həsən Atabala əvvəllərdə məhkumluq həyatı yaşayıb. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: