12 Fevral 00:21

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlanması barədə 3-cü polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.

Onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Загрузка...