11 Fevral 23:33

Gəncə şəhərində narkotiklətlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qiyasbəyli olduğu məlum olub. Baxış zamanı onun üzərindən 47 qram tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 kiloqram 6 qram marixuana və 985 qram tiryək aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov