12 Fevral 2018 16:39
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Şaməmmədov həbs edib.

İstintaq zamanı məlum olub ki, o, 10-a yaxın azərbaycanlı qadını xadimə və digər işlərdə işləmək adı ilə Türkiyəyə aparıb. Orada həmin qadınları dəstənin digər üzvlərinə verib.

Dəstə üzvləri qadınların ümunmvətəndaşlıq pasportlarını əllərindən alıb, onları otel və kirayələrdə kişi müştərilərlə görüşdürüb. Azərbaycana qayıdan zərərçəkmiş qadınlar Namiq Şaməmmədovdan İnsan Alveri İdarəsinə şikayət ediblər.

Şikayət əsasında Namiq Şaməmmədov həbs edilib.

Məlumata görə, Namiq Şaməmmədov həmin qadınlarla sosial şəbəkədə tanış olub. Qadınlarla münasibət quran Namiq onların ailə vəziyyətini öyrənib.

Qadın tanışlara qazanc əldə etmək təklifi verib, Türkiyədə varlı iş adamları ilə əlaqələri olduğunu bildirib.

Bu yolla Namiq Şaməmmədov qadınları aldadaraq mütəşəkkil dəstənin digər üzvlərinə verməyi bacarıb.

Faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Hacı Zeynalov