12 Fevral 2018 19:58
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsi Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xalıq Fəttayevi həbs edib.

Onun özündə 20 qram, yaşadığı evdə 2 kiloqram 500 qram tiryək və 0,4 qram heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov