13 Fevral 00:14

Füzuli rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Hüseyn Abbasova məxsus fermadan 37 baş qoyun oğurlanması barədə Füzuli rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini Mehrac Yusubov saxlanılıb.

Onun fevralın 11-nə keçən gecə Horadiz şəhərindəki evlərdən birinin həyətindən 1 baş at oğurladığı da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Загрузка...