13 Fevral 2018 23:27
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Kiçikli kəndində artezian quyularını elektrik enerjisi təmin edən naqilin 18 metr hissəsinin kəsilərək oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Poladlı kənd sakini Məmmədbağır Misirov və Sarıçoban kənd sakini İsmayıl Ətapur saxlanılıblar.

Onların ötən il fevralın 22-dən cari il yanvarın 21-dək olan müddətdə rayonun daha 11 kəndindəki artezian quyularını elektrik enerjisi təmin edən naqilləri kəsərək oğurladıqları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov