13 Fevral 2018 20:14
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunun Salmani küçəsində yaşayan Sona Əbilova evindən oğurluq edilməsi barədə 37-ci polis bölməsinə şikayət edib.

Teleqraf.com xəbər verir ki, qadının evindən 9700 manat pul, 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və Vüqar Əliyev saxlanılıb.

Məlum olub ki, Vüqar Əliyev əvvəllər məhkum olunub.

Saxlanılan şəxslərin sevgili olduqları bildirilir.


Müəllif: Hacı Zeynalov