14 Fevral 2018 23:58
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş polisinin əməliyyat tədbirləri nəticəsində rayon sakini Anar Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış keçirilərkən bir bükümdə, çəkisi 1.67 qram narkotik vasitə olan heroin aşkar edilib.

Yaşadığı evə baxış zamanı isə əlavə 570 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov