15 Fevral 2018 19:55
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Binələr kəndində silahlı insident baş verib.

Teleqraf.com-un məlumatına görə, kənd sakini Sadiq Şahmuradov evində tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və o, çiyin nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Ağdaş rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.


Müəllif: Hacı Zeynalov