16 Fevral 2018 11:07
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin qanunsuz odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı içərisində 3 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. O, ifadəsində odlu silahı bir müddət əvvəl yaşadığı Maştağa qəsəbəsində tapdığını və həmin gündən üzərində gəzdirdiyini bildirib.

Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.


Müəllif: Hacı Zeynalov