16 Fevral 2018 18:26
2 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, ötən gecə Bakıxanov qəsəbəsində “Viva” şirniyyat evindən mühafizə məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Hadisə yerinə gələn Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları şirniyyat evinin qapısını naməlum şəxslərin sındırıb oğurluq etdiklərini müəyyənləşdiriblər.

Cinayəti törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb. Onlar ərazi üzrə 13-cü polis bölməsinə təhvil veriliblər.

Onlardan oğurladıqları bir ədəd planşet və “Ergo” markalı mobil telefon aşkar olunaraq götürülüb.

Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonları ərazisindən ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov