6 Avqust 2014 17:47
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Oruc Əliyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Sabunçu şəhər Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Samit Civan Munasinqxe tutulub. O, ilkin istintaqa verdiyi ifadəsində törətdiyi hadisəni etiraf edib və deyib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Onların əvvəllər dost olduğum bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: