18 Fevral 2018 10:21
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsindəki mənzillərdən birində yaşayan 1981-ci il təvəllüdlü Ramilə Ağayeva bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Ramilə Ağayeva qısqanclıq zəminində əri ilə mübahisə edib. Mübahisə zamanı qadın bıçaqlanıb.

Mübahisəyə səbəb Ramilə Ağayevanın sosial şəbəkədə başqa bir nəfərlə danışması olub. Bundan xəbər tutan ər bıçağa əl atmalı olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov