18 Fevral 2018 20:09
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda avtobusda cibgirlik edilib.

Teleqraf.com xəbər verir ki, fevralın 16-da xətt avtobusunda Bakı şəhər sakini Nemət Həsənovun cibindən mobil telefon oğurlanıb.

Zərərçəkmiş avtobusda cibgirliklə üzləşməsi ilə bağlı 20-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nazim Salmanov və Bakı şəhər sakini Arzu Məmmədov saxlanılıblar.

İstintaq araşdırması zamanı hər iki saxlanılan şəxsin əvvəllər eyni əmələ görə məhkum olunmaları üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov